Gənclər 250 kilometrlik yeraltı məzarlıqda itdilər

Gənclər 250 kilometrlik yeraltı məzarlıqda itdilər
11:53 16 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə yerləşən yeraltı məzarlıqda iki gəncin itkin düşməsi medianın marağına səbəb olub.

Publika.az xəbər verir ki, üç gün əvvəl Parisdə 250 kilometrlik əraziyə malik yeraltı tuneldə 16 və 17 yaşlarında iki gənc itkin düşüb. Polislərin 3 gün davam edən axtarışlarından sonra tapılan gənclər hipotermiya xəstəliyinə yoluxublar.

Təcili xəstəxanaya yerləşdirilən gənclərin müalicəsi davam edir.

Bu məzarlar 18-ci əsrin sonunda orta əsr qəbiristanlıqlarının həddən artıq dolması səbəbilə, oradakı sümüklərin çıxarılaraq yeraltına endirilməsi ilə yaradılıb. Parisdə təxminən 6 milyon insanın sümüklərinin olduğu güman edilən bu qəbirlərin yalnız kiçik bir hissəsi ictimaiyyətə açıqdı. Məzarlıqdakı temperatur dərəcəsi -15 dərəcə təşkil edir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR