Bakıda avtobuslarda PULSUZ “Wi-Fi” xidməti...

Paytaxta gətirilən yeni avtobuslarda “Wi-Fi” xidmətinin olmasına baxmayaraq, internetə daxil olmaq mümkün deyil.

Bildiyiniz kimi, Azərbaycan bir neçə ildir beynəlxalq yarışlara ev sahibliyi edir. Bu səbəblə ölkəmizə yüzlərlə türistlər gəlir. İctimai yerlərdə yerli əhali, eləcə də turistlərin istifadəsi üçün “Wi-Fi” sisteminin olması vacibdir. Elədirsə, avtobuslarda bu sistem niyə işlək vəziyyətdə deyil?

Bu barədə Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, sistemdə bəzi təkmilləşdirmə işləri aparıldıqdan sonra avtobuslardakı “Wi-Fi” xidməti istifadəyə veriləcək:

“İctimai nəqliyyatda “Wi-Fi” sisteminin olmasl ilə bağlı məsələ var. Lakin hələ tam rellaşmayıb. Nə vaxt istifadəyə veriləcəyi də dəqiq bilinmir”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR