Bakıda 20 yaşlı oğlan elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb

Bakıda 20 yaşlı oğlan elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb
12:07 16 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Bakıda evlənmək istəyən oğlan onun elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb.
“Report” xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Həsən Məhəmmədzadə Lənkəran rayon sakini, qızını ona verməyən Mehman Əliyevin Mərdəkan qəsəbəsindəki evinə hücum edərək onu və qardaşını döyüb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-20-yasli-oglan-elcilerine-yox-cavabi-veren-qizin-atasini-ve-emisini-doyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR