Metyu Brayza: "ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur"

Metyu Brayza: "ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur"
12:12 16 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ "On il əvvəl Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında müəyyən balans yaradan yeganə sənəd olan Madrid sənədi işlənib hazırlanıb. Lakin problem ondadır ki, iki ölkə prezidenti bir-birinə etibar etmir. Əsas odur ki, hər iki tərəf güzəştə getsin".
"Report" xəbər verir ki, bunu ekspert, ATƏT-in Minsk qrupunun keşmiş həmsədri Metyu Brayza "Cənubi Qafqaz beynəlxalq arenada: region və ətrafında əməkdaşlıq və rəqabət" beynəlxalq konfransında deyib.
M.Brayza həmçinin əlavə edib ki, münaqişənin yeganə həlli yolu Rusiya və ya ABŞ-ın vasitəçilik institutu və liderliyidir: "Amma düşünmürəm ki, ABŞ prezidenti Donald Tramp belə edəcək. Bunun üçün ona çox vaxt lazım gələcək. ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur".
Analitik ABŞ-ın Xəzər regionunda fəal olmadığını qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Xəzər regionunda əsas marağı enerji sektorunda sabitlik və əməkdaşlıqdır.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/metyu-brayza-abs-in-siyasi-mekaninda-dagliq-qarabag-munaqisesinin-helline-tohfe-vere-bilecek-hec

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR