Devi Klaassen Liverpul klubunda

Devi Klaassen Liverpul klubunda
12:17 16 İyun 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

"Ajax"ın yarımmüdafiəçisi Devi Klaassen karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Everton"un bazasında tibbi müayinədən keçib və 5 illik müqaviləyə imza atıb. Onun transferi Liverpul təmsilçisinə 27 milyon avroya başa gəlib.

Klaassen "Ajax"ın yetirməsidir. O, 2011-ci ildən əsas komandada çıxış edir. 6 mövsüm ərzində 126 oyuna çıxan futbolçu 44 qol vurub. Yarımmüdafiəçi 2014-cü ildən Hollandiya millisinə də dəvət alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR