“İstisna deyil ki, ABŞ prezidenti Donald Tramp Dağlıq
Qarabağ münaqişəsinin nizama salınmasında siyasi iradə nümayiş
etdirəcək”.
Publika.az “Vetnik kavkaza” saytına istinadən xəbər verir
ki, bu barədə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş
köməkçisi, Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza Bakıda
“Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr
edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında
əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı
zamanı deyib.
Brayza qeyd edib ki, Trampın xarici siyasət təcrübəsi yoxdur:
“Hətta o, seçkidə qələbə qazanmağına da təəccübləndi. Onun xarici
siyasət planı da yoxdur və bu hamı üçün pisdir”.
Keçmiş diplomat qeyd edib ki, 20 il ərzində Qarabağ münaqişəsinin
həlli yolları tapılmayıb: “Lakin istisna deyil ki, Tramp
münaqişənin həlli üçün siyasi iradə göstərəcək”.
Asif