"Çöldə yatırıq ki, nə vaxt bizi sel yuyacaq" - Şamaxıda təhlükə - VİDEO - FOTO

"Çöldə yatırıq ki,  nə vaxt bizi sel yuyacaq" - Şamaxıda təhlükə - VİDEO - FOTO
12:22 16 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxının Sabir qəsəbəsinin sakinləri Pirsaat çayında sululuğun artmasından narahatdır.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, son günlər yağan aramsız yağışlar səbəbindən çayda su bir xeyli artdığından ətrafdakı evlər üçün təhlükə yaranıb.

Çayın daşması nəticəsində ətrafdakı evlərə su dolub, əkin sahələri yararsız vəziyyətə düşüb. Sel çayın üzərindən keçən avtomobil körpüsünün bir neçə dayağını və su borularını dağıdıb.

Ramin Nəzirov - Sakin: "Biz gecələr yata bilmirik. Hər yağış yağanda biz çöldə yatırıq ki, görəsən, nə vaxt bizi sel yuyacaq".

Çayın öz məcrasını yaşayış ərazilərinə doğru dəyişməsi sakinləri qorxudur.

Pərviz Mahmudov - Sakin: "5-6 metr dərinliyi var. Yuya-yua gəlir. Evdə ailə var. Aidiyyəti qurumlar köməklik göstərsin, istiqamətini dəyişsin".

Yağıntılı hava şəraitinin davam edəcəyi təqdirdə mövcud vəziyyətin daha da təhlükəli hal alacağı qaçılmazdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/554853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR