Bakıda vergi inzibatçılığında tətbiq edilən yeniliklərə həsr olunmuş təqdimatlar keçirilir

Bakıda vergi inzibatçılığında tətbiq edilən yeniliklərə həsr olunmuş təqdimatlar keçirilir
12:22 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORTAZ/ Bu gün Bakıda vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirilir.
“Report”un məlumatına görə, tədbirdə Vergilər Nazirliyinin, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri, vergi sahəsində mütəxəssislər və KİV nümayəndələri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar, həyata keçirilən çevik vergi siyasəti barədə tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətqabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Ölkədə əlverişli biznes mühitin yaradılması işinin iştirakçısı olan vergi orqanları qarşısında vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq, yaranmış problemlərin aradan qaldırılmasına diqqətlə yanaşmaq, vergi məsələlərində və tətbiq olunan innovasiyalarda biznesə və vətəndaşlara yardım etmək vəzifəsi durur.
Vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi çərçivəsində atılan ən mühüm addımlardan birinin də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli təsdiq olunmuşSərəncamına uyğun olaraq vergi sisteminin ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması olduğunu vurğulayan İ,Vəliyev qeyd edib ki, beynəlxalq vergitutma sahəsində son illər ərzində baş verən proses və tendensiyalar, o cümlədən xarici ölkələrin beynəlxalq müqavilələrin tətbiqi təcrübəsi nəzərə alınmaqla, bağlanmış müqavilələrin inzibatçılığının həm rezident, həm də qeyri-rezident şəxslərə münasibətdə asanlaşdırılması və mütərəqqi informasiya texnologiyalarından istifadə edilməsi yolu ilə elektronlaşdırılması nəzərdə tutulur: "Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları” yeni redaksiyada hazırlanıb və bu Qaydalarda elektron müraciət etmək imkanı və güzəştlərin əvvəlcədən tətbiq edilməsində gəlir növlərinin siyahısının genişləndirilməsi kimi yeniliklər nəzərdə tutulub.
Azərbaycan Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu yenilik elektron imza, o cümlədən “ASAN imza” vasitəsilə DTA formalarının xarici ölkə ərazilərində də elektron qaydada təsdiq edilməsi imkanını yaratmaqla onlardan daha rahat və geniş şəkildə istifadə edilməsi mümkün olacaq.
Vergi sistemi üzrə aparılan kompleks islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsinin davamı olaraq xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığının elektronlaşdırılması qarşıya hədəf kimi qoyulub. Bu məqsədlə, ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olma sertifikatının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən nazirliyin İnternet Vergi İdarəsində “e-Sertifikat” modulu yaradılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-vergi-inzibatciliginda-tetbiq-edilen-yeniliklere-hesr-olunmus-teqdimatlar-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR