Özgəsinə aid bank hesabından pul çıxaran şəxs tutuldu

Özgəsinə aid bank hesabından pul çıxaran şəxs tutuldu
12:23 16 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu il mayın 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR