Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır

Rusiya Müdafiə Nazirliyi aviazərbələr nəticəsində İŞİD liderinin ölməsi ilə bağlı məlumatı yoxlayır
12:27 16 İyun 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi müxtəlif kanallarla Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD lideri İbrahim Əbu Bəkr əl-Bağdadinin ölməsi ilə bağlı məlumatı yoxlayır. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunur ki, terror qruplaşmasının rəhbərinin mayın 28-də Rakka ətrafında baş tutan görüşdə məhv edildiyi mümkündür.
Rusiya aviasiyasının zərbələri nəticəsində İŞİD-in "hərbi şura"sına daxil olan yüksək rütbəli yaraqlılar və təxminən 330 terrorçu öldürülüb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, məhv edilən terrorçular arasında Rakkanın "əmiri" Əbu əl-Hacı əl-Mısri, Rakkadan Əs-Suxneyə qədər olan əraziyə nəzarət edən İbrahim An-Nayef əl-Hac və İŞİD-in "təhlükəsizlik xidmətinin rəhbəri" Süleyman əl-Şauah olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-mudafie-nazirliyi-aviazerbeler-neticesinde-i-si-d-liderinin-olmesi-ile-bagli-melumati-yoxlayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR