DİN və DTX Bakıda əməliyyat keçirdi

DİN və DTX Bakıda əməliyyat keçirdi
12:29 16 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Daxili işlər Nazirliyi və Dövlət Təhlüekəsizlik Xidməti əməkdaşları Bakıda vətəndaşın bank hesabından pul çıxaran şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank"dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2767225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR