“Samsung” şirkəti “Galaxy J7 Max” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy J7 Max” smartfonunu təqdim edib
12:35 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası “J Series” istehsal xəttinə məxsus “Galaxy J7 Max” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni smartfon 1920x1080 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekran, 2,3 QHs-dək takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessoru, “Mali-T880” qrafik sürətləndiricisi və “LTE Cat-6” (məlumatların 300 Mbit/s sürətində ötürülməsini təmin edir) modemi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. 128 QB-dək tutuma malik “microSD” daşıyıcısının qoşulması mümkündür.

13 meqapiksellik matrisə malik əsas kamerada işıq diodu işıqlandırıcısından istifadə edilib, ön kameranın təsvir ölçüsü, həmçinin  13 meqapikseldir. Bundan başqa, qurğu “GPS”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.1” simsiz rabitə modulları, 3300 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və “Android 7.0 Nougat” mobil  əməliyyat sistemi ilə idarə olunur. Barmaq izi skaneri və 2 ədəd SİM kart üçün slot mövcuddur.

20 iyun 2017-ci il tarixində satışa çıxarılacaq “Samsung Galaxy J7 Max” smartfonunun qiyməti məlum deyil. Yeni cihaz qara və qızılı rəngli korpuslarda əlçatan olacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48460-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR