Metyu Brayza: "ABŞ və Rusiya arasındakı əlaqələr yaxşılaşmayınca Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəqqi olmayacaq"

Metyu Brayza: "ABŞ və Rusiya arasındakı əlaqələr yaxşılaşmayınca Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəqqi olmayacaq"
12:37 16 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ "ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyincə onun həlli perspektivlərini görmürəm".
"Report" xəbər verir ki, bunu ekspert, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya bu məsələni diqqət mərkəzində saxlamalıdırlar: "Həmsədrlər regiona gələ, görüşlər keçirə bilərlər, amma ABŞ və Rusiya arasında əlaqələr yaxşılaşmayınca tərəqqi olmayacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/metyu-brayza-abs-ve-rusiya-arasindaki-elaqeler-yaxsilasmayinca-dagliq-qarabag-munaqisesinin-helli

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR