Son on ildə dövlət qulluğuna 6 mindən çox şəxs qəbul edilib

Son on ildə dövlət qulluğuna 6 mindən çox şəxs qəbul edilib
12:42 16 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Son on ildə müsabiqə yolu ilə vakant dövlət qulluğu vəzifələrinə 6 mindən çox Azərbaycan vətəndaşı qəbul edilib. Bu da onu deməyə əsas verir ki, dövlət qulluğuna maraq ildən-ilə artır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Dövlət İqtisad Universitetində  "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda keçirilən tədbirdə deyib.
 
B.Xəlilov bildirib ki, dövlət qulluğuna müsabiqə yolu ilə qəbul olunanların 80 faizini 29 yaşına qədər gənclər təşkil edir: "İnformasiya texnologiyaları üzrə mütəxəssislərə, hüquqşünaslara, iqtisadçılara böyük ehtiyac var. On ildir Azərbaycanda dövlət qulluğuna müsabiqə yolu ilə qəbul keçirilir. On il ərzində biz çalışmışıq ki, müsabiqəni obyektiv, şəffaf keçirək. Sizə açıq deyirəm ki, müsabiqəni açıq keçirmək çox çətindir. Çoxları çalışır ki, işə tanışlıq və qohumlarının vasitəsi ilə qəbul olunsun. Bunun qarşısını almaq üçün bir çox işlər görmüşük. Müsabiqənin birinci mərhələsi bilirsiniz ki, testlə keçirilir. İkinci mərhələdə isə müsahibəni insanlar aparır. Təbii ki, burada subyektivlik var".
 
Onun sözlərinə görə, subyektivliyi aradan qaldırmaq üçün bir çox tədbirlər görülüb: "Məsələn, müsahibədə kameralar vasitəsi ilə çəkiliş aparırıq. Yaxud bizim qurumda qeydiyyatdan keçən müşahidəçiləri dəvət edirdik. Amma təəssüf ki, müşahidəçilər az maraq göstərdilər. Yaxud, 15 dəqiqə iştirak edib gedirdilər. Müsahibədə əvvəldən axıra qədər oturan yeganə insan Əfqanıstanın dövlət qulluğunun sədri idi. Ona da tərcümə edirdilər deyə, maraqlı gəlirdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR