"A-Qroup"dan həkimlərə endirim təklifi

"A-Qroup"dan həkimlərə endirim təklifi
12:50 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"A-Qroup" Sığorta Şirkəti bütün tibb İşçilərinin peşə bayramları münasibəti ilə təbrik edir.

Sizin əllərinizdə insanların ən qiymətli sərvəti olan Sağlamlıqdır. Onsuz sağlam həyat mümkün deyil, buna görə də sizin zəhmətiniz həmişə lazımlı və çox dəyərlidir.

Bu gün A-Qroup bütün tibb işçilərini, müalicə mərkəzlərinin mütəxəssislərini təbrik edir və eləcə də öz həyatını tibbə həsr etmiş hər bir kəsə öz minnətdarlığını bildirir.

Hörmət əlaməti olaraq, "A-Qroup" Sığorta Şirkəti Tibb İşçilərinə eksklyuziv olaraq 3 sığorta növü üzrə 25% endirim təklif edir: KASKO, Əmlak sığortası və Xarici Səfər sığortası. Endirim 17.06.2017-ci il tarixdən 23.06.2017-ci ilədək qüvvədədir.

Qoy bu gün Sizə yeni peşəkar nailiyyətlər əldə etməyə güc versin, işiniz isə həmişə layiqincə qiymətləndirilsin və sevinc gətirsin.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2767246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR