Azərbaycanda bankların məcburi ehtiyat saxlaması qaydası dəyişir

Azərbaycanda bankların məcburi ehtiyat saxlaması qaydası dəyişir
12:57 16 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Pul təklifi üzərində nəzarətin gücləndirilməsi və qiymət sabitliyinin dəstəklənməsi, eləcə də pul siyasətinin effektivliyinin artırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.

Qeyd edək ki, hazırda isə banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olmayaraq AMB-dəki istənilən bir və ya bir neçə müxbir hesabda saxlaya bilərlər.
Bu dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR