Mübariz Qurbanlı: “Ermənistan monoetnik dövlətdir”

Mübariz Qurbanlı: “Ermənistan monoetnik dövlətdir”
13:12 16 İyun 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ “Dünya çox ciddi problemlərlə üz-üzədir. Beynəlxalq təşkilatlar bu problemlərin həlli üçün çalışırlar. Bura demoqrafik, ekoloji və terrorçuqla bağlı problemlər daxildir. Bütün bunları həll etmək üçün dayanıqlı inkişafa nail olmaq lazımdır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında deyib.
O bildirib ki, dünya ölkələri sürətlə silahlanır: “Hər il 1 trilyon 600 milyar dollar vəsait silahlanmaya sərf olunur. Bunun 1 trilyonu NATO-ya üzv ölkələrin payına düşür. 3 milyard insan isə gününə 2 dollar vəsaitlə dolanır. Bu da çox acınacaqlı mənzərədir. Dünyada 166 münaqişə ocağı var, bunların 30-da qanlı toqquşmalar gedir. Bu gün heç kəs terrordan sığortalanmayıb. Dünyada qeyri-bərabərlik hökm sürür. Azərbaycanda tolerantlıq mühiti mövcuddur, bu, təkcə dinə aid deyil, bütün sahələri əhatə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəyə uğur gətirib. Azərbaycanda 10 milyon əhali var, 96 faizi müsəlmandır, qalanları isə digər dinlərə məxsus insanlardır. Ölkədə 2200 məscid var. Hökumət hər il müxtəlif dini icmalara yardımlar ayırır, onların fəaliyyəti təmin olunur. Dayanıqlı inkişafa nail olmaq üçün münaqişələr aradan qaldırmaq lazımdır. Bizim regionda Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir, monoetnik dövlətlərin yaradılmasına imkan verilməməlidir. Ermənistan monoetnik dövlətdir. Dünyanı ideoloji olaraq orta əsrləri qaytarmağa çalışırlar. Hər bir ölkədə tolerantlıq mühiti yaradılmalıdır, problemlərin həll edilməsi üçün əməkdaşlıq səviyyəsi yüksəldilməlidir”.

Xəbərin orijinal ünvanı: https://report.az/din/mubariz-qurbanli-ermenistan-monoetnik-dovletdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR