"Qarabağ"ın yeni hücumçusu Avstriyaya gələcək

"Qarabağ"ın yeni hücumçusu Avstriyaya gələcək
13:17 16 İyun 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Avstriyaya yola düşüb. Fanat.Az xəbər verir ki, "köhlən atlar" bu ölkədə Bakıda başlayan təlim-məşq toplanışının ikinci mərhələsini keçirəcək.


Ölkəmizi bu il də Çempionlar Liqasında təmsil edəcək ağdamlılar sözügedən ölkədə 3 yoxlama oyununa çıxacaq. İyunun 20-də "Axmat"la (Qroznı "Terek"i indi belə adlanır) münasibətlərinə aydınlıq gətirəcək Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsinin oyununadək heyətinə hücumçu qatmağı da planlaşdırır. Yeni forvardın məhz Avstriyada komandaya qoşulmaq ehtimalı böyükdü.

Qeyd edək ki, "Qarabağ" ilk sınaq oyununu Bakıda keçirib və paytaxtın eyniadlı komandasını 9:0 hesabıyla üstələyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-yeni-hucumcusu-avstriyaya-glck-t58714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR