UNEC tələbələri Avropada təcrübə keçəcəklər

UNEC tələbələri Avropada təcrübə keçəcəklər
13:24 16 İyun 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

 

UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev və Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov Fransanın Lion şəhərində yerləşən CEFAM (Centre d’Etudes Franco-Américain de Management) Universitetində səfərdə olublar.

 

UNEC-dən Lent.az-a verilən məlumata görə, “Erasmus+” mübadilə proqramı çərçivəsində həyata keçən səfərdə UNEC əməkdaşları CEFAM-da tələbələr üçün karyera xidmətlərinin və təcrübənin təşkili, eləcə də korporativ sektorla əlaqələrin qurulması işi ilə tanış olublar. Məzunlar Assosasiyasının işinin mexanizmini öyrəniblər. UNEC-də tələbələrin karyera inkişafı məqsədilə görülən işlər, ixtisas təcrübələrinin təşkili haqqında ətraflı məlumat veriblər.

 

Görüşdə həmçinin UNEC tələbələrinin CEFAM tələbələri ilə birlikdə Fransa, Avropa Birliyi ölkələri və həmçinin ABŞ şirkətlərində karyera qurmalarına dəstəyin göstərilməsi və ixtisas təcrübələrinin təşkili perspektivləri haqqında fikir mübadiləsi aparılıb və ilkin razılıq əldə edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR