360 kiloqram zümrüdü gizlətdi: "Öldürərlər deyə, qorxdum"

360 kiloqram zümrüdü gizlətdi: "Öldürərlər deyə, qorxdum"
13:38 16 İyun 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Keçən ay Braziliyanın şimalında yerləşən Carnaiba bölgəsində Bahia Şirkəti tərəfindən çıxarılan 1,3 metr uzunluğunda 360 kiloqramlıq zümrüd daşı naməlum şəxsə verilib.

Publika.az xəbər verir ki, qiymətli daş yerin 200 metr dərinliyindən çıxarılmışdı. Nəhəng zümrüd daşının oğurlanmasının qarşısını almaq üçün onu, adının gizli saxlanıldığı bir şəxsə veriblər.

Nadir ölçüyə və çəkiyə malik olan daşın sahibinin vəkili Marsio Jander zümrüdün satışa çıxarılmasına dair bütün sənədlərin tamamlandığını bildirib. Marsionun sözlərinə görə, öldürüləcəyindən qorxduğu üçün kimliyini gizlədən zümrüd sahibi qiymətli daşın Braziliya sərhədləri içərisində yerləşən muzeylərdə nümayiş etdirilməsinə də icazə verib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/202798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR