İndoneziyada 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

İndoneziyada 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
13:43 16 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 15-də Cakartada yerləşən “Sultan Hotel” kompleksində Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən bu ölkənin aparıcı media vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirə müxtəlif gənclər təşkilatları, QHT nümayəndələri və jurnalistlər qatılıb.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

İştirakçılara 15 iyun – Milli Qurtuluş Gününün tariximizdə əhəmiyyəti, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsiyyəti və onun tariximizdəki müstəsna rolu barədə geniş məlumat verilib.

Ölkəmizin sürətli inkişaf yolu və beynəlxalq arenada tutduğu layiqli yerə toxunarkən, Azərbaycanın regionda mərkəzə çevrildiyi, multikulturalizmin dövlət siyasəti olduğu, ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edildiyi, eləcə də ölkəmizin təşəbbüs etdiyi Bakı prosesi, ev sahibliyi etdiyi Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu, BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu, 2015-ci ildə Birinci Avropa Oyunları, 12-22 may 2017-ci il tarixlərində Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarınən keçirildiyi, bir neçə gün sonra isə 23-25 iyun tarixlərində Bakıda “Formula 1” Azərbaycan Gran-Prisinin keçiriləcəyi barədə geniş şəkildə bəhs edilib.

Tədbirdə jurnalistlərin çoxsaylı suallarını cavablandıran səfir Tamerlan Qarayev Ermənistanın Azərbaycana qarşı apardığı geniş miqyaslı hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu və bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymadığı, əksinə, bu təcavüzün nəticələrini leqallaşdırmaqla məşğul olduğunu çatdırıb. Ermənistan daima dövlət sərhədində və təmas xəttində təxribat törədir və qoca və azyaşlılar daxil olmaqla, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini hədəf almaqda davam edir, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-mədəni, dini irsimizi, məscidlərimizi dağıdır. Bununla yanaşı, vaxtılə Azərbaycan şəhəri olmuş hazırda isə Ermənistanın paytaxtı Yerevanda irsimizin tamamilə dağıldığı, yeganə qalmış məscidin də digər ölkənin ixtiyarına verildiyi qeyd olunub.

Azərbaycan ilə İndoneziya ikitərəfli əlaqələrinə dair suallarla bağlı səfir 2017-ci ildə iki ölkə araında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsini, əlaqələrimizin yüksək səviyyədə olduğunu və davamlı inkişaf etdiyini qeyd edib, ikitərəfli əlaqələrin xüsusən enerji sektorunda güclü inkişaf etdiyini, digər sahələrdə, o cümlədən turizm, ticarət, tranzit və nəqliyyat kimi sahələrdə böyük potensialın olduğunu vurğulayıb, hazırda vətəndaşlara xidmətlərin göstərilməsi sahəsində məşhur Azərbaycan brendi, 2015-ci il BMT İctimai Xidmət Mükafatına layiq görülmüş “ASAN xidmət”dən bəhs etdi və bu sistemin İndoneziyada da tətbiq edilməsi istiqamətində əməkdaşlıq yaradılmasına doğru fəaliyyət apardığını bildirib.

Tədbirdə iştirakçılara ölkəmiz, o cümlədən tarixi, mədəni, dini irsimiz, turizm potensialı, “Formula 1” Azərbaycan Gran-Prisi haqqında video-çarxlar nümayiş etdirilib, xüsusi olaraq hazırlanmış materiallar paylanıb. Tədbir yerli ümumindoneziya media vasitələrində geniş işıqlandırılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2767296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR