Jurnala hücumla bağlı 7 nəfər tutulub - FOTO

Jurnala hücumla bağlı 7 nəfər tutulub - FOTO
12:37 8 Yanvar 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın baş naziri Manuel Vals Parisdəki "Charlie Hebdo" jurnalının redaksiyasında terror aktı törətməkdə şübhəli bilinən bir neçə şəxsin tutulduğunu bəyan edib.
 
Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, hökumət başçısı bu barədə RTL radiostansiyasının efirində söyləyib.
M.Valsın sözlərinə görə, teraktda əsas şübhəlilər Şərif Səid Kuaişi qardaşlarıdır. Onların axtarışları davam edir.
Baş nazir tutulan şəxslərin sayını açıqlamayıb.
 
Fransanın DİN başçısı Bernar Kaznev isə 7 nəfərin saxlandığını bildirib.
Teraktda şübhəli bilinən 18 yaşlı Həmid Muradın isə suçsuz olduğunu bir neçə şahid təsdiqləyib.
 
Bu gecə Fransanın Reyms şəhərində xüsusi əməliyyat aparılıb. Əməliyyatın məqsədi terrorçuların DNT nümunələri və barmaq izlərinin götürülməsi idi.
 
Daha sonra Belçika ilə sərhədin yaxınlığındakı Şarlevil-Mezyer şəhərində şübhəli şəxslərdən birinin qohumu olan kişi tutulub. Onun ifadəsi alınır.
Yanvarın 7-də "Charlie Hebdo" jurnalının redaksiyasında terror aktı nəticəsində 12 nəfər həlak olub, 10 nəfər yaralanıb.
 
Fransa prezidenti Fransua Olland baş verəni terror aktı adlandırıb.
 
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR