Keçmiş səfir: Dağlıq Qarabağ məsələsində irəliləyiş yalnız Rusiya və ABŞ prezidentlərinin iştirakı ilə mümkündür

Keçmiş səfir: Dağlıq Qarabağ məsələsində irəliləyiş yalnız Rusiya və ABŞ prezidentlərinin iştirakı ilə mümkündür
13:50 16 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın iqtisadi inkişafına və regionun təhlükəsizliyinə mane olur.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Onun sözlərinə görə, qoşunların qarşıdurma xəttində silahlı toqquşmaların bərpa olunması nə Azərbaycanın, nə də Ermənistanın marağında deyil.

Keçmiş səfir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya və ABŞ prezidentlərinin iştirakı ilə mümkündür:

“Onlar bu münaqişəni Rusiya və ABŞ arasındakı münasibətlərin gündəliyinə daxil etməlidir. Amma indi münasibətlər lazımi səviyyədə deyil. Həmsədrlər işini davam etdirir, ümumi dil tapmağa çalışır, amma prezidentlər səviyyəsində bu məsələyə diqqət yetirilməsə, hər hansı bir irəliləyiş olmayacaq”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2767274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR