“Rusiya ölkəni işğal etmək planından imtina etməyib” - Nazirdən SOS

“Rusiya ölkəni işğal etmək planından imtina etməyib” - Nazirdən SOS
13:53 16 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

“Ukraynanın şərqindəki cari vəziyyət göstərir ki, Rusiya Ukraynaya hücum planlarından imtina etməyib”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Kiyevdə Ukrayna Milli Müdafiə Universitetinində keçirilən tədbirdə ölkənin müdafiə naziri Stepan Poltorak deyib.

“Cəbhədəki vəziyyət göstərir ki, təcavüzkar Rusiya Federasiyası bizim ölkəmizi tutmaq ideyasından imtina etməyib. Bu şərtlərdə Ukraynanın müdafiə sektorunda islahatları davam etdirmək və ordunu möhkəmləndirmək lazımdır”, - Müdafiə Nazirliyinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, yalnız 2016-cı ildə Ukrayna Silahlı Qüvvələrinin arsenalına hərbi texnikanın 2,5 min vahidi daxil edilib, texnikanın 15 min vahidi isə təmir olunub. Nazir söyləyib ki, ordunun ixtisaslaşmasında xüsusilə NATO-nun standartları nəzərə alınır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR