DMX: Ötən ay 458 əcnəbi inzibati qaydada Azərbaycandan çıxarılıb

DMX: Ötən ay 458 əcnəbi inzibati qaydada Azərbaycandan çıxarılıb
13:57 16 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti may ayı ərzində 1856 əcnəbinin Azərbaycan qanunvericiliyinin tələblərini pozduğunu müəyyən edib.
Qurumdan "Report"a verilən məlumata görə, onlardan 27-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 220 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb.
İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 887, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 458, Miqrasiya Məcəlləsin 16.1.8-ci maddəsinə əsasən ölkə ərzisinə girişinin məhdudlaşdırılması ilə bağlı 264 şəxs barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ötən ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7667müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 56600 əcnəbinin müraciəti qeydə alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində ölkənin ayrı-ayrı bölgələrində 8 maarifləndirmə tədbiri keçirilib, o cümlədən 3 rayonda səyyar xidmət təşkil olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dmx-oten-ay-458-ecnebi-inzibati-qaydada-azerbaycandan-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR