"Mən cəhənnəm, onlar bədbəxt olarlar" - Manaf Ağayev ölən bacısından danışdı - VİDEO - FOTO

"Mən cəhənnəm, onlar bədbəxt olarlar" - Manaf Ağayev ölən bacısından danışdı - VİDEO - FOTO
13:57 16 İyun 2017
161 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Manaf Ağayev maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, vəfat edən bacısının xəstəliyindən bəhs edib:

"Bacımın ağır xəstəliyi olub. Allah bütün bacılara can sağlığı versin. Mənim bacımdan heç kimdə görməmişəm. Onun kimisi yoxdur. Uşaqlıqdan qızdırmam olanda o dəqiqə yanıma gəlirdilər, indi də eyniylə. Mənimlə fəxr edirlər. Qorxuram ki, başıma bir iş gəlsə, mən cəhənnəm, onlar bədbəxt olarlar. O vaxt efirdə bir nəfər bacıma ciyərin vermək istəyirdi, çox sağ ol dedim. Mənim bacıma ciyər lazımdırsa, niyə başqa kişi ciyərin versin? Rəhmətə getdi, çatdıra bilmədik. Həkim demişdi ki, artıq gecdi. Çox şişmişdi. Həkim tamam başqa bir diaqnoz qoymuşdu. Qan azlığı demişdi. Axırda yaxşı bir həkim vardı apardıq, o da gecdi dedi".

Daha sonra müğənni bacılarına olan sevgisindən söz açıb:

"Biz 4 qardaşıq, hərəmizin bir bacısı var. O vaxt paylaşmışdıq. Mənimki Məryam var, odu. "Uje" dəyişmişik, kim kimin bacısı qardaşıdı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Mən cəhənnəm, onlar bədbəxt olarlar" - Manaf Ağayev ölən bacısından danışdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/554892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR