Rusiya İŞİD liderini məhv edib?

Rusiya İŞİD liderini məhv edib?
14:12 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rusiya hərbçiləri tərəfindən Suriyada endirilən hava zərbələrindən birilə İŞİD-in lideri Əbu Bəkr əl Bağdadinin qətlə yetirilib-yetirilmədiyi barədə məlumatı yoxlanılır.

Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiyanın Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamaya görə, Rəqqa şəhərində terrorçuların obyektlərinin bombardmanı zamanı havaya uçurulan binalardan birində Əbu Bəkr əl Bağdadi və 300 terrorçu ola bilərdi.

Həmin binada terrorçuların hərbi şurasının toplantısını keçirilirmiş.

Suriya hökuməti bu məlumatı şərh etməyib.

İŞİD liderinin harada olduğu bilinmir.

İraqlı hərbçilərin dediklərinə görə, 2016-cı ildə Mosulun alınması uğrunda əməliyyatın başlanmasından əvvəl Bağdadi bu şəhərdə olub. İndisə onun ərazisi minlərlə kvadrat kilometr təşkil edən səhralıqda gizləndiyi vurğulanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR