Azərbaycanlı məşhurların övladları öldü...

Metbuat.az övladını itirən məşhur haqda məlumatı təqdim edir:

Məşhur bəstəkarlar Nailə Hikmət Mirməmmədlinin 3 övladından biri olan oğulları illər əvvəl dənizdə boğularaq vəfat edib.

"Teymur əmi" kimi tanınan, xalq artisti Teymur Mustafayevin oğlu idarə etdiyi avtomobilin yanması nəticəsində vəfat edib.

Tanınmış aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev bu il mart ayının 11-də dostları tərəfindən döyülərək öldürülüb.

Xalq artisti, diktor Şərqiyyə Hüseynovanın qızı da beyin qanaması nəticəsində vəfat edib.

Xalq artisti Arif Quliyevin oğlu isə uzun çəkən xəstəlikdən sonra vəfat edib.

Dilarə Zamanova / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR