Bakıda "Stress çarxı"nın satışı qadağan olunur?

Son vaxtlar hər kəsin "Stress çarxı" ("Spinner") ilə stress atdığını görə bilərsiniz.

Metbuat.az xəbər verir ki, deyilənə görə, “Spinner” əsəbləri sakitləşdirir. Əslində bu oyuncaq öz sahibini stressdən azad etmir. Əksinə, əsəb və qorxu hissini daha da gücləndirir. Bir sıra saytlarda “Spinner” autizmli xəstələri sakitləşdirən oyuncaq adı ilə satışa çıxarılıb. Bu isə bir daha sübut edir ki, psixoloji və nevroloji narahatlığı olmayan şəxslər, xüsusən də, uşaqlar "Spinner"dən uzaq durmalıdır.

Psixoloq Elnur Rüstəmov Metbuat.az-a məsələ ilə bağlı münasibət bildirib:

“"Stress çarxı" insana fərdi psixoloji vəziyyətindən asılı olaraq müsbət və mənfi təsir edə bilər. "“Stress çarxı" ziyandır, uşaqları uzaq tutmaq lazımdır”" - bu fikirlər doğru deyil. Çarx hər hansı autizmli uşaqla hiperaktiv uşağa eyni cür təsir etmir. Psixoloji durumdan asılı olaraq vəziyyət dəyişir. Düşünürəm ki, bu gün "Stress çarxı"nın anti-təbliğatını aparırlar”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR