Direktorun oğlunun 30 minlik avtomobili...

Bu gün Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

Məlumata əsasən şəhərin mərkəzindəki Nizami küçəsində iri gövdəli ağac 1987-ci il təvəllüdlü Əliyev Rəvan Ramiz oğluna məxsus "Nissan Teana" markalı avtomobilin üstünə aşıb. Nəticədə 3 yaşlı sürücü ağacın altında əzilən maşının içində qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

Ətrafdakı insanların köməkliyi ilə o, maşından çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşən Rəvan Əliyev Mingəçevir şəhər 14 saylı orta məktəbin direktoru Ramiz Əliyevin oğludur. Onun idarə etdiyi avtomobilin qiyməti 30 min manatdır.

//Lent.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR