Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
14:47 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, analitiklər faiz dərəcəsinin 0,5 faiz bəndi azalacağını ehtimal etsələr də, dünya maliyyə bazarında son zamanlar yaranan qeyri-müəyyən vəziyyət və neft qiymətlərinin düşməsi bankın faizləri 0,25% azaltmasına səbəb olub. Analitiklərin fikrincə, inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq.
"Report"un analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə ciddi təsir etməyəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-merkezi-banki-ucot-derecesini-azaldib1234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR