"Azərbaycanda oyunu uduzmaq dəhşət idi"

"Azərbaycanda oyunu uduzmaq dəhşət idi"
14:52 16 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin sabiq hücumçusu Melvin Platye ölkəsinin mətbuatında açıqlama Bakı klubundakı karyerasından da danışıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Platye "Neftçi" klub prezidentinin oyunun fasiləsində soyunub-geyinmə otağına girib oyunçularla danışdığını bildirib: "Azərbaycanda oynamaq çətin idi. Xüsusən uduzduğun oyunlarda bu dəhşət olurdu. Qol vura bilmirdimsə, fasilədə klub prezidenti (həmin dövrdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov idi - red) soyunub-geyinmə otağına gəlib deyirdi ki, fərqlənməsən səni əvəzləyəcəklər. Komandaya da bildirirdi ki, qalib olmasanız, bu, sizə problem yaradacaq. Belə şeylər var idi. Matçı mütləq klub prezidenti üçün qazanmalı idin".

Qeyd edək ki, Melvin "Neftçi"nin heyətində 14 oyunda cəmi 1 dəfə fərqlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR