İtaliyada saxta şahzadə tutuldu - FOTO

İtaliyada saxta şahzadə tutuldu - FOTO
14:53 16 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın cənubunda özünü şəhzadə və səfir kimi qələmə verən 2 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, özlərini Makedoniya şahzadəsi və səfiri kimi qələmə verən naməlum şəxslər aylardır 5 ulduzlu lüks otellərdə müftə istirahət edirlərmiş. Cütlük içlərində dünya şöhrətli Pamela Anderson olmaqla, çox sayda məşhur insanı aldatmağı bacarıb.

İtaliyanın cənubunda Puglia bölgəsində yerləşən 5 ulduzlu otelin rəhbərliyinin, istirahətin hesabını Makedoniya səfirliyinə yollaması nəticəsində həqiqət üzə çıxıb.

Makedoniyadan İtaliyanın Xarici İşlər Nazirliyinə göndərilən bildiriş əsasında istintaq başladılıb.

Aylarla davam edən istintaqın sonunda saxta şahzadə özünün Turində yerləşən evində tutulub. Onun evindən çox sayda saxta diplomatik sənədlər, ordenlər, nişanlar, sertifikatlar aşkarlanaraq müsadirə olunub.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR