Ziyafət Əsgərov: "Avropa Parlamentinin qətnaməsi ikitərəfli münasibətlərə xələl gətirəcək"

Ziyafət Əsgərov: "Avropa Parlamentinin qətnaməsi ikitərəfli münasibətlərə xələl gətirəcək"
14:57 16 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanıb.

Milli.Az xəbər verir ki, bunu APA-ya Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iyunun 15-də Avropa Parlamentində  "Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti" adlı qətnamənin qəbul edilməsinə münasibət bildirərək deyib.
 
Z. Əsgərovun sözlərinə görə, adıçəkilən qətnamənin qəbul edilməsi ona dəlalət edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən anti-Azərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir.
 
"Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur.
 
2016-cı ilin sentyabr ayından Azərbaycanın "Avronest"də fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz.
 
Bunu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.
 
Ümid edirəm ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar", - deyə Z. Əsgərov qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR