Azyaşlılara porno videolar satan şəxslər tutuldu – VİDEO - FOTO

Azyaşlılara porno videolar satan şəxslər tutuldu – VİDEO - FOTO
14:59 16 İyun 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

 

Cəlilabad rayonunda pornoqrafik videoları satan şəxslər saxlanılıb. Lent.az ARB TV-yə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı rayonun Təbriz küçəsində yerləşən internet klubunun işçiləri Cavid Nəzərov və Hamil Xəlilov şübhəli şəxs qismində saxlanılıblar.

 

Məlum olub ki, onlar çalışdıqları yerdə internetdən əldə etdikləri pornoqrafik videoları yaddaş kartına köçürüb, azyaşlı və gənclərə satırmışlar. Tərəflər bu yolla əldə etdikləri pulları öz aralarında bölüblər.

 

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

 

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR