Elçilərinə “yox” dedilər, qızın atasını və əmisini döydü - BAKIDA KURYOZ

Elçilərinə “yox” dedilər, qızın atasını və əmisini döydü - BAKIDA KURYOZ
15:14 16 İyun 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda evlənmək istəyən oğlan onun elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb.

Lent.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Həsən Məhəmmədzadə Lənkəran rayon sakini, qızını ona verməyən Mehman Əliyevin Mərdəkan qəsəbəsindəki evinə hücum edərək onu və qardaşını döyüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR