Şəhid hərbçimiz Qusarda dəfn olundu

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusar rayonunda torpağa tapşırılıb.

Məlumata əsasən Qusar rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.

Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid əsgər torpağa tapşırılıb. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR