Bu tibb müəssisələrində işçilərin əmək haqları artırıldı

Bu gün icbari tibbi sığortanın tətbiq olunduğu pilot tibb müəssisələrində - Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında (MŞMX) və Yevlax rayon Mərkəzi Xəstəxanasında (YRMX) 17 iyun - Tibb işçilərinin peşə bayramı qeyd edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, agentliyin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib, pilot tibb müəssisələrində çalışan həkimlərin, orta və kiçik tibbi heyətin əmək haqlarının artırıldığını qeyd edib. Şöbə müdiri Agentliyin direktoru Zaur Əliyevin adından pilot ərazilərdə icbari tibbi sığortanın təşkilində, qarşıya qoyulmuş vəzifələrin icrasında peşəkarlıq və yüksək səriştə nümayiş etdirdiklərinə görə YRMX publik hüquqi şəxsin direktoru Azər İsmayılovu və MŞMX publik hüquqi şəxsin direktoru Könül Ələkbərovu Təşəkkürnamə ilə təltif edib.

YRMX-nın direktoru Azər İsmayılov səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, aparılan islahatların nəticəsi olaraq icbari tibbi sığortanın tətbiq edildiyini qeyd edib. Direktor tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək 8 tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif edib. Yevlax rayon İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Əliyev YRMX-nın direktoru A.İsmayılovu və 3 həkimi fəxri diplomla, Yevlax rayon Həmkarlar İttifaqı isə 10 tibb işçisini Təşəkkürnamə ilə təltif edib. Təltif olunanlara pul mükafatı verilib.

MŞMX-nın direktoru Könül Ələkbərov icbari tibbi sığorta sisteminin tətbiq nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırıldığını vurğulayıb. Direktor həmkarlarının bayramını təbrik edib və 6 tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif edib. Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev MŞMX-nın 2 həkimini fəxri diplomla, Mingəçevir şəhər Həmkarlar İttifaqı isə 10 tibb işçisini Təşəkkürnamə ilə təltif edib. Təltif olunanlara pul mükafatı verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR