Londonda parlament binası yaxınlığında əli bıçaqlı kişi saxlanılıb

Londonda parlament binası yaxınlığında əli bıçaqlı kişi saxlanılıb
15:32 16 İyun 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Londonda polis parlament binası yaxınlığında bıçaqla silahlanmış kişi saxlayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, polis heç kimin zərər görmədiyini bildirib.
Saxlanılan şəxsin terror hücumu törətmək niyyətinin olmadığı məlumatda qeyd olunur.
Qeyd edək ki, ardıcıl terror aktlarından, o cümlədən bu il martın 22-də Vestminster körpüsündə baş verən hücumdan sonra Londonda təhlükəsizlik tədbirləri gücləndirilib.
O zaman Böyük Britaniya vətəndaşı Xalid Məsud idarə etdiyi avtomobili yoldan keçənlərin üstünə sürüb, nəticədə 4 nəfər həlak olub. Ardından parlament binası qarşısında maneəyə çırpılan baiskar bıçaqla postda dayanan polis əməkdaşı Kit Palmerə hücum edib. Palmer aldığı yaralardan həlak olub, Məsudu isə digər polis əməkdaşları öldürüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonda-parlament-binasi-yaxinliginda-eli-bicaqli-kisi-saxlanilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR