iPhone-8 nə vaxt satışa çıxarılacaq? - AÇIQLANDI

iPhone-8 nə vaxt satışa çıxarılacaq? - AÇIQLANDI
15:33 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyada milyonlarla insanın istifadə etdiyi telefon markası olan “Apple”in yeni modeli iPhone 8-in satışa çıxacağı tarix, qiyməti və xüsusiyyətləri ilə əlaqədar detallar məlum olub.

İldən ilə modelləri təkmilləşdirən “Apple” korporasiyası dizayn və texniki xüsusiyyətlərinə görə bu dəfə də müştəriləri təəccübləndirmək niyyətindədir.

Bütün dünyanın maraqla gözlədiyi iPhone 8 və iPhone 8 Plus modelləri 17 sentyabr 2017-ci ildə satışa çıxacaq. Ötən il 7 sentyabrda tanıdılan iPhone-7 kimi bu dəfə də tanıtım və ilk satış nöqtəsi ABŞ-ın Kaliforniya ştatı olacaq. Qiymətlərlə bağlı dəqiq detallar açıqlanmasa da, iPhone 8-in qiyməti satışa çıxdığı ilk günlərdə yaddaş həcminə görə 1650-2500 manat, iPhone 8 Plus-un isə 1900-2400 manat aralığında dəyişəcəyi deyilir.

Modelin dizaynı ilə bağlı daha bir iddia isə müəllifin qazaxıstanlı dizayner İskəndər Utebaev olmasıdır.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/202799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR