Ukraynanın ədliyyə naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlir

Ukraynanın ədliyyə naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlir
15:37 16 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynanın ədliyyə naziri Pavlo Petrenko iyunun 23-də Azərbaycana ilk dəfə rəsmi səfərə gələcək.

Milli.Az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində ukraynalı nazir azərbaycanlı həmkarı Fikrət Məmmədov və başqa rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər və onların inkişaf perspektivləri, ölkələrimiz arasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Səfər iyunun 25-də başa çatacaq.

Qeyd edək ki, P.Petrenko 2014-cü ildən Ukraynanın ədliyyə naziridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR