"Kaspersky Lab": Dağlıq Qarabağ münaqişəsi Azərbaycana kiberhücum riskini artırır

"Kaspersky Lab": Dağlıq Qarabağ münaqişəsi Azərbaycana kiberhücum riskini artırır
15:53 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Geosiyasi risklər fonunda Azərbaycan kiberhücumlara daha çox məruz qalmaq təhlükəsi ilə üz-üzədir". Bunu "APA-Economics"ə açıqlamasında "Kaspersky Lab" şirkətin vitse-prezidenti Anton Şinqaryov deyib.

Onun sözlərinə görə, kiberhücum təhlükəsi hər bir ölkə üçün hər zaman var: "Sürətlə dəyişən dünyada hər şey əvvəlki kimi deyil. Bu təhlükə sərhəd tanımır. Azərbaycanda IT sahəsinə maraq böyükdür, ölkədə güclü proqramçılar var. Lakin onların bəziləri sənətin digər tərəfini seçir və kibercinayətkara çevrilir. Bu, hər bir ölkəyə xas olan problemdir. Bundan başqa, qonşularla siyasi-hərbi münaqişə şəraitində yaşayan ölkələrdə kiberhücum riski yüksək olur. Biz bilirik ki, qonşuları ucbatından Azərbaycan asan olmayan geosiyasi şəraitdədir. Mən Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Bu baxımdan IT infrastrukturun qorunması Azərbaycan üçün olduqca önəmlidir. Bununla yanaşı, ölkənin güclü sənayesi və maliyyə sektoru var. Bu da potensial riskləri artırır".

Vitse-prezident onu da qeyd edib ki, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski yaxın günlərdə Bakıya səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində şirkətin rəhbəri "Formula-1" yarışının Bakı Qran-prisini izləyəcək.

"Bilirsiniz ki, "Kaspersky Lab" "Ferrari" komandasının sponsorudur. Yevgeni "Formula-1", sürət həvəskarıdır", - deyə A.Sinqaryov əlavə edib.

Şirkət rəsmisi deyib ki, böyük ehtimalla, Bakıya səfəri çərçivəsində Y.Kasperki prezidenti İlham Əliyevlə görüşəcək: "Hər şey qrafikdən asılıdır. Belə bir istək var, lakin görüş təsdiqlənməyib".

O həmçinin bildirib ki, səfər zamanı bir sıra dövlət qurumlarının və iri şirkətlərin rəhbərləri ilə görüş planlaşdırılır: "Güclü sənaye sektoruna malik olan Azərbaycan bizim üçün olduqca əhəmiyyətli bazardır".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/202821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR