Kəmaləddin Heydərov Cəlilabadda qəbul keçirəcək

Kəmaləddin Heydərov Cəlilabadda qəbul keçirəcək
16:03 16 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyun 20-də Cəlilabad şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbulda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/202824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR