Ərdoğan ABŞ-a cangüdənsiz gedəcək?

Vaşinqton polisi Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə order verib. Onlar axtarışa verilən 9 nəfəri ABŞ-a gəlməyə və qanun qarşısında cavab verməyə çağırıb.

(ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib - FOTO / VİDEO)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə münasibət bildirib. "Ankara Dövlət Protokol İftarı" proqramında çıxışı zamanı, Ərdoğan Ankaranın ABŞ hakimiyyətinin bu qərarı ilə siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.

(Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə kəskin reaksiya verdi)

Hüquqşunas Xəyal Bəşirov məsələ ilə bağlı Metbuat.az-a açıqlaması zamanı bildirib ki, hadisə harada baş verirsə, məsuliyyət məsələsi həmin dövlətin ərazisindəki qanunvericiliyə əsasında həll olunur:

“Qeyd olunan hadisə ABŞ-da baş veridiyinə görə, mühafizəçilər də orada məsuliyyətə cəlb olunmalıdırlar. Dövlətlər arasında qarşılıqlı müqavilə - cinayət törətmiş şəxslərin cəzasının verilməsi ilə bağlı müqavilə varsa, dövlət onu cinayət törədilən ölkəyə göndərir. Biri də var ekstrdisiya olmaq. Ekstradisiya cinayət cinayət törətmiş şəxs barəsində hökm çıxmış şəxslərə aiddir. Amma cinayət törətmiş şəxslərinverilməsi başqadır.

Türkiyə ilə Amerika arsında elə bir müqavilə varsa, Türkiyə həmin şəxsləri ABŞ-a verməlidir”.

Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahı yaxınlığında etirazçılarla prezidentin mühafizəçiləri arasında qarşıdurma olub. Buna səbəb ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirlərini həyata keçirməməsi olub.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR