“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır
16:12 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 820 metrdir. 
Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-nda-yeni-quyu-qazilir-1324890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR