47 yaşlı məşhurun yoqa VİDEOSU rekord qırdı

47 yaşlı məşhurun yoqa VİDEOSU rekord qırdı
16:18 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Naomi Kempbellin instaqramda paylaşdığı son yoqa videosu izlənmə rekordu qırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı model Kann kinofestivalından və moda həftələrindən sonra məzuniyyətə yollanıb. Əgər düşünürsünüz ki, super model tətilini yatmaqla keçirir, səhv edirsiniz.

Naominin qüsursuz bədəni şəxsi qulluq, qaçış, sağlam qidalanma, sistemli məşq və çətin yoqa hərəkətlərinin nəticəsidir. Ulduz illərdir ki, ideal bədən quruluşunu qoruyub saxlamaq üçün yoqa ilə məşğul olur. Məlum olub ki, bunun üçün ona yeni və geniş trenajor zalları lazım deyil, super model qapı qarşısında da məşq edə bilər. Onun instaqramda paylaşdığı videoda ayaq hərəkətlərini dəqiqliklə yerinə yetirməsi və balansı saxlamasına sadəcə heyran etmək olar.

Xatırladaq ki, Naomi Kempbellin bir əvvəl 47 yaşı tamam olub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/202822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR