Azərbaycanlı deputat Sankt-Peterburqda idman kompleksi inşa etdirəcək

Azərbaycanlı deputat Sankt-Peterburqda idman kompleksi inşa etdirəcək
16:27 16 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 16 iyun. REPORT.AZ/ Sankt-Peterburq şəhər İvanovski dairəsinin Bələdiyyə Şurasının deputatı Elşən Həmzəyev Su İdman Sarayı tikintisi hüququnu əldə edib.
"Report"un Rusiya bürosunun məlumatına görə, idman-saölamlıq kompleksi Leninqrad vilayətinin Vsevolojsk rayonunda inşa olunacaq.
Qeyd edək ki, Leninqrad vilayəti sağlam həyat tərzi proqramını həyata keçirir və bu proqram çərçivəsində su idman növləri üçün obyekt tikintisi üçün torpaq sahəsi ayrılıb. İdman obyektinin tikintisinin sifarişçisi "Lenoblsport" təşkilatıdır, podratçı isə E.Həmzəyevin nəzarəti altında olan "SMU-16" şirkətidir.
Deputatın sözlərinə görə, hazırda tikinti üçün sahənin təmizlənməsi və binanın texniki layihəsinin razılaşdırılması işləri gedir. Layihədə böyük hovuz, tribunalar, fitness avadanlıqları, eləcə də bütün zəruri idman inventarı nəzərdə tutulub. Bundan əlavə, kompleksə mehmanxana, kafe, məişət xidmətləri obyektləri daxil olacaq.
İdman kompleksinin istismara 2019-cu ildə veriləcəyi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/azerbaycanli-deputat-sankt-peterburqda-idman-kompleksi-insa-etdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR