Ağlasığmaz ALT PALTARI: onu geyinən hər bir xanım bundan XİLAS OLACAQ - FOTOLAR

Ağlasığmaz ALT PALTARI: onu geyinən hər bir xanım bundan XİLAS OLACAQ - FOTOLAR
16:48 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bu gün dünya qadınlarının ən çox düçar olduğu xəstəlik süd vəzi xərçəngidir. Hər il süd vəzi xərçəngindən yarım milyon qadın dünyasını dəyişir.

Publika.az saytının bu məlumatı xərçəngdən əziyyət çəkən minlərlə xanıma mübarizə ruhu, mənəvi güc bəxş edəcək.

Anasına ağır süd vəzi xərçəngi diaqnozu qoyulanda Xuilan Riosun cəmi 13 yaşı var idi. Həkimlər uzun sürən müayinələrdən sonra qadının sağalma şansının sıfıra bərabər olduğunu bildirdilər. Anasının xəstəliyi Xulianı çox məyus etmişdi. O, inana bilmirdi ki, ən doğma insanı ölüm ayağındadır. Ən kədərlisi o idi ki, anası bir müddət öncə həkimə müraciət edib, tibbi yoxlanışdan keçsəydi, sağalma şansı ola bilərdi. Həkimlər xəstənin hər iki döşünü amputasiya edirlər. Möcüzə baş verir. Xulianın anası sağ qalır və xəstəlikdən tam qurtulur. Cəsur yeniyetmə az qalsın onu anasından ayıracaq bu xəstəliklə mübarizəyə qalxır.

Xulian süd vəzi xərçənginin yaranma səbəblərini araşdırır və milyonlarla qadına bu xəstəlikdən qorunma imkanı verən cihaz icad edir. Artıq 17 yaşını tamamlayan Xuan hətta Higia Technologies adlı şəxsi şirkətini yaradır.

Şirkət artıq onkologiya sahəsinə böyük səs salan ixtirasını edib. Nə az, nə çox 200 ötürücüdən ibarət olan büstqalter hazırlayıb. Bu büstqalter qadının döşündə baş verən bütün dəyişiklikləri analiz etdikdən sonra mütəxəssislər müalicə təyin edirlər.

Büstqalter sinədə şişlərin səbəb olduğu temperatur dəyişkənliyini təyin edir, və məlumatı kompüterə ötürür. Bundan sonra diaqnoz qoyulur. Həftə ərzində cəmi 1 saat bu büstqalteri geyinərək xanımlar öz sağlamlıqlarının qeydinə qalır və ya qorxunc xəstəliyi elə ilk mərhələsində təyin edərək müalicə alıb, sağalırlar.

Xulian bu ixtirasına görə bu günlərdə Meksika prezidentinin mükafatı ilə təltif olunub. Hazırda bu müalicəvi büstqalterlər tibbi sınaqlardan keçirilir. Yaxın zamanlarda bu alt geyimini hər bir xanım mağazalardan əldə edə biləcək. Beləliklə milyonlarla qadın süd vəzi xərçəngindən qurtulacaq.

Bu gəncin iradəsinə, mənəvi gücünə heyran qalmamaq mümkün deyil. Xulianın yaşadığı hadisə bir daha sübut edir ki, insan başına gələn bütün bəlalara qalib gələcək qədər ali varlıqdır.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/202828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR