Dünya çempionumuz ürəyindən

Kikboks üzrə 3 qat dünya çempionu Fuad Zeynalov ürəyindən əməliyyat olunub.

Metbuat.az xəbər verir ki, xəstəxanadan idmançının dostu Eduard Məmmədov fotolarını paylaşıb. İdmançı əməliyyat haqda sosial şəbəkədə məlumat yayıb: “Bu həyatda idmanın sayəsində çox şeylər qazandım: ad-san, əzmkarlıq, güc, çempionluq hissi, özünə güvən, iradə, yaxşı bədən forması, pul kənardan diqqət və qayğı və s. Amma sağlamlığımın bir hissəsini itirdim. Nə isə qazanmaq üçün nə isə qurban verirsən. Bu günü də belə yola verdik. Bu günümüzə də şükür”.

Eduard Məmmədov foto ilə bağlı, "Bu gün dostum, qardaşım Fuadı görməyə, dəstək olmağa gəlmişəm" sözlərini yazaraq paylaşıb.

Sərdar Məmmədov / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR