Azərbaycanda bərələrlə daşınan quru yüklərin həcmi artıb

Azərbaycanda bərələrlə daşınan quru yüklərin həcmi artıb
16:57 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin ilk 5 ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb. Artım həm maye, həm də quru yüklərdə qeydə alınıb. Bu, AXDG-dən "Report"a daxil olan məlumatda qeyd edilib. 
Hesabata əsasən, yanvar-may ayları ərzində tanker və bərələrlə ümumilikdə illik müqayisədə təxminən 2 dəfə çox - 1 553 847 ton maye yük daşınıb.
"Eyni dövrdə bərələrlə daşınan quru yüklərin çəkisi  660 871 ton olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 54 150 ton çoxdur. Hesabata görə, quru yük gəmiləri və "Ro-Ro" ilə daşınılan yüklərin həcmi də artıb. Belə ki, bu tip gəmilərlə beş ayda 305 006 ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 52 503 ton artıq yük deməkdir", - deyə məlumatda qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-berelerle-dasinan-quru-yuklerin-hecmi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR